"Arsenal"ın baş məşqçisi Unay Emeri rekorda imza atıb. Matç.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis buna Avropa Liqasının qrup mərhələsində "Sportinq" üzərində qələbə (1:0) ilə nail olub.

Belə ki, Emeri baş məşqçi kimi Avropa Liqasında 34-cü qalibiyyətini qazanıb. Eyni zamanda "topçular" onun rəhbərliyi altında ardıcıl 11-ci qələbəni bayram ediblər.

Qeyd edək ki, Unay Emeri 3 dəfə "Sevilya" ilə Avropa Liqasını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest