Avropa Liqasında III turun rəmzi komandası açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA hesabat turunun amplualar üzrə ən yaxşılarından "11-lik" tərtib edib.

4-4-2 sxemi üzrə qurulan heyətdə Azərbaycan çempionu "Qarabağ"ın yer aldığı E qrupunun təmsilçisi yoxdu.

Qapıçı: Andres Fernandes (Villyarreal);

Müdafiəçilər: Qabriel Merkado (Sevilya), Mihael Nqadeu-Nqadjui (Slaviya), Uollas (Latsio), Vasilis Torosidis (Olimpiakos);

Yarımmüdafiəçilər: Zakaria Bakkali (Anderlext), Covani Lo çelso (Betis), Ruben Loftus-çik (çelsi), Filip Kostiç (Ayntraxt);

Hücumçular: Mihael Frey (Fənərbaxça), Munas Dabbur (Zalsburq).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest