Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la səfərdə qarşılaşan "Vorskla"nın ən yaxşı futbolçusu bilinib. Matç.az xəbər verir ki, Ukraynanın football.ua saytı qarşılaşmada Poltava təmsilçisinin ən yaxşısını müəyyənləşdirib.

Azarkeşlər arasında aparılan səsvermənin yekununda ən çox səsi qələbə qolunun müəllifi Vladislav Kulaç toplayıb. Respondendlərin 56 faizi (340 nəfər) onu Bakı Olimpiya Stadionundakı görüşün qəhrəmanı hesab edib. İkinci yeri 16,7% (101 nəfər) səslə qapıçı Boqdan Şust tutub. İlk "üçlük"də isə digər hücumçu Kareka qərarlaşıb. 48 nəfərin sayəsində gənc oyunçu 7,8% səs yığıb.

Qeyd edək ki, səsvermədə 600-dən çox adam iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest