UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin PSJ ilə cavab matçında zədələnən Uqo Ekitikenin durumuna aydınlıq gəlib.

Matc.az xəbər verir ki, "Liverpul"un hücumçusunun davan vətəri qopub. Bu barədə klubun mətbuat xidməti məlumat yayib.

23 yaşlı forvard mövsümün qalan hissəsində iştirak etməyəcək. Fransa millisinin üzvü həmçinin, yayda keçiriləcək dünya çempionatında da yer almayacaq.

Qeyd edək ki, Uqo Ekitike bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 17 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest