06 May 2026, 20:48
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans-Dieter Fliki təmsil edən futbol agenti Pini Zahavi müştərisinin klubu ilə müqaviləsini uzatmaq üçün Kataloniyaya gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, kataloniyalılarla alman məşqçi arasında yeni müqavilə 2028-ci ilin yayına qədər davam edəcək. Flikin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatır. Məşqçi komanda ilə 2024-cü ilin yayından işləyir.
"Barselona" 34 oyundan sonra 88 xalla İspaniya La Liqasının turnir cədvəlində birinci yerdədir. Onlar ən yaxın rəqibi "Real"dan 11 xal qabaqdadırlar.












