İspaniyanı növbəti mövsümdə UEFA Çempionlar Liqasında təmsil edəcək 5-ci komanda məlum olub.

Matc.az xəbər verir ki, "Betis" 2025/2026 mövsümündə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.

Manuel Pelleqrininin rəhbərlik etdiyi kollektiv XXXVI turda doğma meydanda "Selta"nı 2:1 hesabı ilə məğlub edib. Əndəlus təmsilçisi çempionatın bitməsinə iki tur qalmış 6-cı pillədə yer alan "Selta"nı 7 xal qabaqlayır.

Qeyd edək ki, "Betis" sonuncu dəfə 2004/2005 mövsümündə Çempionlar Liqasında iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest