Bu gün Avropa Liqasında Avropa Liqasında qrup mərhələsinin II turunun görüşləri keçirilir. Matç.az saytı xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ" E qrupunda növbəti oyununa çıxıb.

Cari mövsüm qrupda ilk ev qarşılaşmasını keçirən Qurban Qurbanovun yetirmələri İngiltərə "Arsenal"ı ilə üz-üzə gəlib. Təkcə qrupun deyil, turnirin əsas favoriti olan London klubu Bakı Olimpiya Stadionundakı görüşə erkən qolla başlayıb.

4-cü dəqiqədə künc zərbəsindən sonra Sokratis Papastatopulos qarşısıalınmaz zərbə endirib. Buraxılan qoldan sonra fəallaşan "Qarabağ" ardıcıl hücumlar təşkil edib. Ağdam klubu bir neçə real qol vəziyyəti yaratmağa da müvəffəq olub. Lakin futbolçularımızın son zərbələri qeyri-dəqiq alınıb.

İkinci hissə də qolla başlayıb. Fasilədən 7 dəqiqə sonra qol sevinci yaşayan 18 yaşlı Emil Smit-Rou matçın taleyini həll edib. Lakin İngiltərə təmsilçisi bu hesabla kifayətlənməyib. Görüşün sonlarında Metteo Qenduzi də qol sevinci yaşayıb.

İlk turda "Sportinq"ə 0:2 hesabı ilə uduzan "Qarabağ" ikinci məğlubiyyətini daha adlı-sanlı rəqibdən və böyük hesabla alıb – 0:3.

Avropa Liqası, E qrupu
4 oktyabr
 "Qarabağ"- "Arsenal" - 0:3
QOLLAR:Sokratis Papastatopulos 4; Emil Smit-Rou, 52; Metteo Qenduzi, 79

Bakı Olimpiya Stadionu. Baş hakim: Davide Massa

"Qarabağ: 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
 
"Arsenal": 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Dənni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Emil Smit-Rou
Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut özil, 11. Lukas Torreyra, 20 Şkodran Mustafi, 34. Qranit Caka
Baş məşqçi: Unay Emeri
 

 

k

o

q

m

h

t/f

x

1

ARSENAL

2

2

0

0

7-2

6

2

SPORTİNQ

2

2

0

0

4-1

6

3

VORSKLA

2

0

0

2

3-6

0

4

QARABAÄž

2

0

0

2

0-5

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest