"Atletiko"nun gənc və istedadlı müdafiəçisi Mark Pubil transfer bazarının ən çox axtarılan simasına çevrilib.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

22 yaşlı futbolçunu eyni anda 5 Avropa nəhəngi – "Mançester Yunayted", "Çelsi", "Liverpul", "Barselona" və PSJ yaxından izləyir.

Lakin "matrasçılar" gələcəyin əsas ulduzlarından biri kimi baxdıqları ispaniyalı oyunçunu asanlıqla buraxmaq niyyətində deyillər. Pubilin Madrid klubu ilə 2030-cu ilin yayına qədər müqaviləsi var və müqavilədə təxminən 500 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

Qeyd edək ki, bu mövsüm bütün yarışlarda 36 oyuna çıxan mərkəz və sağ cinah müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalan performans sərgiləyib. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest