Çempionlar Liqasının Budapeştdə keçirilən finalında PSJ-yə penaltilərlə uduzan Londonun "Arsenal" komandası turnirin tarixinə iki mənfi göstərici ilə düşüb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Match of the Day" yayıb.

Bildirilir ki, London təmsilçisi final matçında cəmi 24,7% topa sahib olma performansı göstərib. Bu rəqəm turnir tarixində bir final qarşılaşması üçün qeydə alınan ən aşağı göstəricidir.

Maraqlıdır ki, bundan əvvəlki antirekord da "Arsenal"a məxsus idi. Londonlular 2006-cı ilin finalında "Barselona"ya qarşı 72 dəqiqə boyu meydanda 10 nəfərlə mübarizə apardıqları oyunda 29,7% topa sahib olmuşdular. Cari finalda isə komanda tam heyətlə oynamasına baxmayaraq, topu rəqibə verməli olub.

Qeyd edək ki, UEFA turnirdə bu rəsmi statistikanı yalnız 2003/04 mövsümündən etibarən qeydə alır.

Mikel Artetanın komandası eyni gecədə daha bir antirekorda imza atıb. "Arsenal" tarixində Avropa Çempionlar Kuboku/Çempionlar Liqasında ən çox oyuna çıxan (226 matç) lakin kuboku qazana bilməyən klub ünvanını yeniləyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest