Azərbaycan U-17 milli komandası növbəti hazırlıq mərhələsinə start verir

Azərbaycan U-17 milli komandası növbəti hazırlıq mərhələsinə start verir. Yeniyetmə futbolçularımız iyunun 1-dən 10-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcəklər.

Matc.az AFFA-nın mətbuta xidmətinə istinadən xəbər verir ki, hazırlıq çərçivəsində millimiz Qazaxıstanın U-17 yığması ilə qüvvəsini sınayacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq hər iki yoldaşlıq görüşünün vaxtı və saatı dəqiqləşib:

İlk oyun: 6 iyun | Saat 17:30

İkinci oyun: 9 iyun | Saat 17:30

Baş məşqçi tərəfindən Qəbələ toplanışına ölkə klubları ilə yanaşı, İspaniya və Serbiya komandalarında çıxış edən legionerlər də daxil olmaqla, ümumilikdə 23 futbolçu dəvət alıb.

Millinin geniş heyəti:

"Qarabağ": Bilal Hacıyev, Cavidan Babayev, Roman Fərzəli, Vaqif Nəbiyev, Mehdi Hüseyn, Əhəd Hacızadə, Tunar Əsgərzadə, Əli Bəşirov, Daniil Rəcəbov.

"Sabah": Cihad Sadıqov, Harun Nur Kərim, Vaqif Məmmədli, Nihad Hüseynzadə, Cəfər Cəfərzadə, Firdovsi Şeydayev, Ruslan Əbilov.

"Neftçi": Ruslan Quliyev, Şikar Şikar, Sultan Orucov.

"Marcet" (İspaniya): Rəsul Balakişiyev, Nicat Əhmədzadə.

"Sumqayıt": Ülvi Abbaslı.

"Srvena Zvezda" (Serbiya): Nazim Əliyev.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest