İtaliya A Seriyasının nəhəngi "Yuventus" hücum xəttini gücləndirmək üçün "Real" ın qapısını döyməyə hazırlaşır. Baş məşqçi Luçano Spalletti rəhbərliyə Brahim Diasın adını transfer siyahısının ilk pilləsinə yazdırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.

Bildirilir ki, bu keçidin reallaşması tamamilə Madrid klubunun "Komo"da çıxış edən Niko Pası geri qaytarma qərarından asılıdır. "Real"ın argentinalı gənc istedadı iyunun 30-na qədər 10 milyon avroya geri almaq hüququ var. Əgər Pas Madridə qayıdarsa, "Kral klubu" hücum xəttindəki sıxlığı azaltmaq üçün Diasın gedişinə yaşıl işıq yandıracaq.

Cari mövsüm "Real" forması ilə 42 matça çıxan, 2 qol və 5 məhsuldar ötürmə ilə yaddaqalan Diasın "Transfermarkt" portalındakı hazırkı dəyəri 35 milyon avrodur.

Qeyd edək ki, yanvar ayında Premyer Liqa klublarının da radarına düşən futbolçu İtaliya futboluna yad deyil – o, daha əvvəl "Milan"da uğurla çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest