UEFA 2025/2026 mövsümü Çempionlar Liqasının rəsmi rəmzi komandasını ictimaiyyətə təqdim edib.
Matc.az xəbər verir ki, heyətdə əsas üstünlük turnirin Budapeştdəki finalında üz-üzə gələn klublara verilib.
Heyətdə çempion PSJ-nin 5, finalçı "Arsenal"ın isə 3 futbolçusu yer alıb. Digər yerləri isə "Bavariya" (2 oyunçu) və "Atletiko" (1 oyunçu) bölüşüblər.
UEFA-nın seçdiyi mövsümün rəmzi komandası:
Qapıçı: David Raya ("Arsenal")
Müdafiəçilər: Nuno Mendeş (PSJ), Qabriel Maqalyans ("Arsenal"), Markinyos (PSJ), Markos Lyorente ("Atletiko Madrid")
Yarımmüdafiəçilər: Xviça Kvaratsxeliya (PSJ), Vitinya (PSJ), Deklan Rays ("Arsenal"), Maykl Olise ("Bavariya")
Hücumçular: Harri Keyn ("Bavariya"), Usman Dembele (PSJ)
Xatırladaq ki, PSJ dramatik final matçının əsas vaxtında 1:1 bərabərə qaldığı Londonun "Arsenal" komandasını penaltilər seriyasında (4:3) məğlub edərək ardıcıl ikinci dəfə kuboku başı üzərinə qaldırıb.













