"Fulhem"in müdafiəçisi Çarli Robinson karyerasını başa vurub.

Matc.az xəbər verir ki, bu barədə ingiltərəli futbolçu özü məlumat yayıb.

Robinson uzun müddətdir dizində olan zədələrə görə futbolla vidalaşıb. 21 yaşlı mərkəz müdafiəçisi həkimlərlə məsləhətləşdikdən sonra karyerasını bitirib.

Qeyd edək ki, Çarli Robinson "Fulhem"in yetirməsidir. O, London təmsilçisinin U-21 komandasında çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest