01 İyun 2026, 18:42
FUTBOL
"Arouka" "Fənərbaxça"dan icarəyə götürdüyü Omar Fayedin transfer hüquqlarına yiyələnməyəcək.
Matc.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
Misirli müdafiəçinin performansı Portuqaliya klubunu qane etməyib. 22 yaşlı mərkəz müdafiəçisi İstanbul nəhənginin düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Omar Fayed 2025-ci ilin yayında "Arouka"ya icarəyə verilib. Futbolçu komandanın heyətində 10 oyunda iştirak edib.




_1780343937.jpg)








