Zaqreb "Dinamo"sunun müdafiəçisi Serji Dominqes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Pedulla məlumat yayıb.

"Tottenhem" ispaniyalı futbolçunu transfer etmək istəyir. London təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisi üçün Xorvatiya klubuna 10 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Serji Dominqes 2025/26 mövsümündə "Dinamo"nun heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest