01 İyun 2026, 19:20
FUTBOL
"Manşester Siti"nin yarımmüdafiəçisi Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Aston Villa" xorvatiyalı futbolçunu transfer etmək istəyir. Birmingem təmsilçisi "şəhərlilər"in əsas heyətində yerini itirən 32 yaşlı oyunçu üçün yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Mateo Kovaçiç başa çatan mövsümdə "Mançester Siti"nin heyətində bütün turnirlərdə keçirdiyi 9 oyunda 1 qol ötürməsi edib.




_1780343937.jpg)








