"Sassuolo" "İpsviç Taun"dan icarəyə götürdüyü Ariyanet Muriçin transfer hüquqlarına yiyələnib.

Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu kosovolu qolkiper üçün 7 milyon avro təzminat ödəyib. 27 yaşlı "əlcək sahibi" ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, "Sassuolo" Ariyanet Muriçi 2025-ci ilin yayında icarəyə götürmüşdü. O, A Seriyası təmsilçisinin heyətində 32 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest