74 yaşlı belçikalı mütəxəssis Huqo Bros, öz komandasını dünya çempionatı matçına çıxaran turnir tarixinin ən yaşlı baş məşqçisi olub.
74 yaşlı belçikalı mütəxəssis Huqo Bros, öz komandasını dünya çempionatı matçına çıxaran turnir tarixinin ən yaşlı baş məşqçisi olub.
Matc.az xəbər verir ki, təcrübəli strateq bu tarixi rekorda turnirin açılış oyununda - Mexikodakı "Asteka" stadionunda keçirilən Meksika - CAR qarşılaşmasında imza atıb.
Bundan əvvəlki dünya rekordu almaniyalı Otto Rehagelə məxsus idi. O, 2010-cu ildə Cənubi Afrikada təşkil olunan analoji turnirdə 71 yaşında Yunanıstan yığmasına rəhbərlik etsə də, komandası qrup mərhələsini keçə bilməmişdi. Cari turnirdə Brosun bu rekordunu yeniləməyə iki namizəd var: sentyabrda 75 yaşı tamam olacaq Çexiya millisinin baş məşqçisi Miroslav Kubek və Kyurasaonu çalışdıran 78 yaşlı hollandiyalı Dik Advokat.
2022-ci ildən bəri CAR yığmasına rəhbərlik edən Huqo Bros olduqca zəngin karyeraya malikdir. O, 2017-ci ildə Kamerun millisini Afrika Millətlər Kubokunun çempionu edib. Klub səviyyəsində isə onun rəhbərliyi altında "Brügge" iki dəfə, "Anderlext" isə bir dəfə Belçika çempionluğunu qazanıb. Bros futbolçu karyerasında da böyük uğurlara imza ataraq "Anderlext"lə üç dəfə Belçika çempionu olub, iki dəfə UEFA Superkubokunu, iki dəfə Kubok Qalibləri Kubokunu və bir dəfə UEFA Kubokunu başı üzərinə qaldırıb.












