“Şəfa” klubu yeni loqosunu təqdim edib.

Matc.az xəbər verir ki, “Bir klub, bir şəhər, bir tarix və bir ailə” devizi ilə yaradılan loqo klubun keçmişini, indisini və gələcəyini birləşdirən simvollardan ibarətdir.

Yeni loqo Şəfa ailəsinin birliyini, Bakıya və Azərbaycana bağlılığını və gələcəyə olan inamını əks etdirir.

Loqonun əsas elementlərindən olan qala Bakının tarixi rəmzi İçərişəhəri əks etdirir. Ulduz 2000/2001 mövsümündə qazanılan Azərbaycan kubokunun təcəssümüdür və gələcəyə inamı, işığı və mənəvi yüksəlişi simvollaşdırır. Alov Azərbaycan Dövlət Gerbindən ilhamlanıb, Odlar Yurdunun tükənməz enerjisini, tərəqqi və inkişafı ifadə edir. 1998 isə klubun təsis ilidir.

Rənglərə gəlincə, Xəzər dənizini əks etdirən mavi sarsılmaz güvən, peşəkarlıq, azadlıq və sakitlik rəmzidir. Ağ saflıq, təmizlik, ədalət və yeni başlanğıcların simvoludur.

Xatırladaq ki, "Şəfa" yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest