"Çelsi" ötən mövsümü icarə əsasında "Barselona"da keçirən "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun transferi ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu baədə TEAMtalk nəşri məlumat yayıb.

London klubu 28 yaşlı futbolçunu daimi əsasda transfer etmək niyyətində deyil. "Mavilər" ingilis hücumçunu yalnız icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Reşfordun keçidi baş tutarsa, "Çelsi" onun həftəlik 325.000 funt-sterlinq (təxminən 377.000 avro) məbləğindəki maaşını tam ödəməli olacaq. Paytaxt təmsilçisi bu yüksək məvacib səbəbindən transfer üçün əlavə vəsait xərcləmək istəmir.

Qeyd edək ki, Markus Reşford ötən mövsüm çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 49 oyuna çıxaraq 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest