"Barselona" "Əl-Əhli"dən icarəyə götürdüyü Hamza Abdelkarimin transfer hüquqlarına yiyələnib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspaniya çempionu 18 yaşlı hücumçu üçün Misir klubuna 1,5 milyon avro təzminat ödəyib. Misirli forvard Kataloniya təmsilçisinin ikinci komandasında çıxış edəcək.

Qeyd edək ki, "Barselona" Hamza Abdelkarimi bu ilin fevralında icarəyə götürmüşdü. Gənc futbolçu klubun U-19 komandasında çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest