Türkiyənin "Amedspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Matc.az xəbər verir ki, Super Liqanın debütantı Besnik Hasi ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovinadan olan 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Besnik Hasinin son iş yeri Belçikanın "Anderlext" klubu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest