11 İyun 2026, 16:56
FUTBOL
"Sporting"in müdafiəçisi Usman Diomande karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
"Mançester Yunayted" Fil Dişi Sahili millisinin üzvünü transfer etməkdə maraqlıdır.
Diomandenin sərbəstqalma məbləği 80 milyon avrodur. Portuqaliya klubu 22 yaşlı mərkəz müdafiəçisini ən azı bir mövsüm komandada saxlamaq niyyətindədir. "Mançester Yunayted" hələlik oyunçu üçün rəsmi təklif verməyib.
Usman Diomande 2023-cü ildə "Midtyulland"dan "Sporting"ə 14 milyon avroya transfer olunub. Onun müqaviləsi 30 iyun 2030-cu il tarixinə qədərdir. Müdafiəçi 2025/26 mövsümündə Portuqaliya klubunda bütün yarışlarda 31 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.




_1781194532.jpg)








