"Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Brunu Fernandeş Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, komandada qalmağa qərar verib.
Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" nəşri məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı futbolçu dünya çempionatından əvvəl mankunianlıların rəhbərliyi ilə rəsmi danışıqlar aparmasa da, komanda yoldaşlarına və yaxın ətrafına qalmaq niyyətində olduğunu bildirib. Portuqaliyalı oyunçunun "Mançester Yunayted"də daha azı 1 il çıxış etmək istədiyi vurğulanır.
Qeyd edək ki, Fernandeş 2020-ci ilin yanvarından "Mançester Yunayted"in uğurları üçün çalışır. Təcrübəli yarımmüdafiəçi geridə qalan mövsümdə bütün turnirlərdə daxil olmaqla 37 matçda meydana çıxıb, 9 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına kimidir. "Transfermarkt" portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.













