"Çelsi" "Kristal Pelas"ın və Fransa millisinin mərkəz müdafiəçisi Maksans Lakruanın transferi ilə bağlı danışıqlarda irəliləyişə nail olub.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı futbolçu "zadəganlar"ın sırasına qoşulmağa müsbət yanaşır. Lakruanın transferinin komandanın müdafiə xəttinin mərkəzi üçün yeganə gücləndirmə olmayacağı vurğulanır.
Qeyd edək ki, müdafiəçi geridə qalan mövsümdə bütün turnirlərdə daxil olmaqla 55 matçda meydana çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Oyunçunun klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayına kimidir. "Transfermarkt" portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir. Hazırda Lakrua Fransa yığmasının heyətində dünya çempionatında çıxış edir.













