Münhen "Bavariya"sı qış "transfer pəncərəsi" zamanı "Barselona"nın fransalı müdafiəçisi Jül Kunderi heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı futbolçu alman klubunun transfer hədəfləri siyahısına daxil edilib. Münhen təmsilçisi müdafiənin sağ cinahını gücləndirmək istəyir, lakin bunun üçün ilk növbədə Saşa Boyeni satmağı planlaşdırır.
Bu mövsüm Kunde əvvəlki illərlə müqayisədə daha az oyun şansı qazanır. Onun gələcəyi ilə bağlı qərarı yaxın aylarda Hans-Diter Flikin komandasında alacağı roldan asılı olacaq. Fransalı müdafiəçiyə "Çelsi"nin də maraq göstərdiyi bildirilir.
Cari mövsümdə Kunde "Barselona"nın heyətində bütün turnirlərdə yeddi matça çıxaraq 444 dəqiqə meydanda qalıb. Onun aktivində qol və ya məhsuldar ötürmə yoxdur.













