UEFA Avropa Liqasının V turunda Gürcüstanın Batumi şəhərində İsrailin “Hapoel" komandasını 2:1 hesabı ilə məğlub edən “Beşiktaş”ın kapitanı Orkun Köçük azarkeşlərə qarşı zorakılıq göstərən polislərlə bağlı danışıb.

Matc.az xəbər verir ki, o, komandaya dəstək göstərən bütün klublara təşəkkür edən Orkun qələbəni belə şərh edib:

“Uzun müddətdən sonra penalti qaçırdım. Bundan sonra özümü toparlamaqda çətinlik çəkdim. Lakin komanda yoldaşlarım daim mənə dəstək oldular. Dusan Vlahoviçə təşəkkür etmək istəyirəm. O, mənə qol vurmaq imkanı yaratdı və mən də fərqlənə bildim. Həmin an böyük emosiyalar yaşadım.

Həmişə məsuliyyəti üzərimə götürmək istəyirəm və bundan çəkinmirəm. Belə hallar futbolda yaşanır. Hər şeyimi verməyə çalışdım. Azarkeşlərimizi və ölkəmizi sevindirmək istəyirdik. Bu qarşılaşma bizim üçün milli məsələyə çevrilmişdi. Ümid edirəm ki, hər kəsi qürurlandıra bildik. İndi toparlanaraq “Qalatasaray”la oyuna köklənəcəyik”.

Orkun Gürcüstan polisinin “Beşiktaş” azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq etməsini də qəbuledilməz adlandırıb:

“Bura gələn azarkeşlərimiz bizə çox gözəl dəstək göstərdilər. Lakin mənə elə gəlir ki, məsələyə birtərəfli yanaşılır. Bu mövzuya çox girmək istəmirəm. Baş verənlər qəbul edilə bilən deyil. Bununla belə, hamı bizə dəstək oldu. Azarkeşlərimizi sevindirə bildik. Hazırda ən vacib məsələ budur. İnanıram ki, rəhbərlik lazımi addımları atacaq.

Fələstin xalqına gəlincə, bizim mövqeyimiz bəllidir. Əlavə nəsə deməyə ehtiyac yoxdur. Onları dəstəkləyirik və yanlarındayıq. Az da olsa, onlar üçün qələbə qazana bildik”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest