27 Noyabr 2026, 12:35
FUTBOL
“Bornmut” klub tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanıb.
Matc.az xəbər verir ki, İngiltərə təmsilçisi UEFA Avropa Liqasının ümumi mərhələsinin V turunda İspaniyanın “Selta” klubunu 2:1 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra “Bornmut” beş oyundan 15 xal toplayaraq turnir cədvəlinin vahid lideri olub.
Beləliklə, komanda tarixində ilk dəfə bütün rəsmi turnirlərdə ardıcıl 10 matçda qalib gəlib.
Qeyd edək ki, İngiltərə Premyer Liqası klubları arasında sonuncu dəfə daha uzun qələbə seriyasına “Aston Villa” imza atıb. Birmingem təmsilçisi 2025-ci ilin noyabr-dekabr aylarında ardıcıl 11 görüşdə qələbə qazanıb.




_1693395834.png)








