“Real Madrid” Brahim Diasla yeni müqavilə imzalayıb.

Matc.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, Mərakeş millisinin futbolçusu ilə sözləşmənin müddəti 2031-ci il iyunun 30-dək uzadılıb.

2019-cu ildə “Real Madrid”ə qoşulan Dias indiyədək komandanın heyətində 173 oyun keçirib və 7 titul qazanıb. O, Çempionlar Liqası, klublararası ünya çempionatı, UEFA Superkuboku, iki dəfə La Liqa və iki dəfə İspaniya Superkubokunun qalibi olub.

Mərakeş millisinin də üzvü olan 26 yaşlı yarımmüdafiəçi yığmada 36 matçda 15 qol vurub. O, 2025-ci il Afrika Millətlər Kubokunun bombardiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest