UEFA Avropa Liqasının V turunda “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən oyunda baş verən insidentlərlə bağlı açıqlama yayıb.
Matc.az xəbər verir ki, qurum hadisələrə görə məsuliyyət daşımadığını bildirərək təhlükəsizlik məsələlərinin yerli təşkilatçıların və aidiyyəti qurumların səlahiyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, Türkiyə hakimiyyətinin müraciətindən sonra İstanbulda keçirilməsi nəzərdə tutulan qarşılaşma Gürcüstanın Batumi şəhərinə köçürülüb. “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatan görüş tribunadakı insidentlər səbəbindən ilk hissədə dayandırılıb və 35 dəqiqəlik fasilədən sonra bərpa olunub.
Matçdan sonra “Beşiktaş” klubu polisin türkiyəli azarkeşlərə qarşı həddindən artıq güc tətbiq etdiyini bəyan edib. Digər Türkiyə klubları və Türkiyə Futbol Federasiyası (TFF) da İstanbul təmsilçisinə dəstək verərək UEFA-dan hadisələrlə bağlı araşdırma aparılmasını tələb ediblər.
UEFA isə açıqlamasında bütün mövsüm ərzində keçirilən oyunlarda olduğu kimi, bu qarşılaşmanın da təşkilatçısı olmadığını qeyd edib:
“UEFA oyunun təşkilatçısı olmadığı üçün stadiondakı təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşımır və bu prosesə nəzarət etmir. Stadionda bütün təhlükəsizlik tədbirləri yerli səlahiyyətli qurumlar tərəfindən öz vəzifə və yurisdiksiyaları çərçivəsində həyata keçirilib”.
Qurum həmçinin bəzi KİV-lərdə yayılan məlumatları təkzib edərək qarşıdurmanın başlanma səbəbinə aydınlıq gətirib:
“Hazırda bəzi media orqanlarında yayılan məlumatların əksinə olaraq, UEFA-da olan informasiyaya əsasən, matçın müvəqqəti dayandırılmasına səbəb olan yerli polis və “Beşiktaş” azarkeşləri arasındakı gərginlik polisin tribunalarda azarkeşlərin öz aralarında baş verən qarşıdurmanın qarşısını almaq məqsədilə müdaxiləsindən sonra yaranıb”.




_1693395834.png)








