“Yuventus”un hücumçusu Fransişku Konseysau 2027-ci ilin yayında İngiltərə Premyer Liqasına keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə İtaliyanın “Gazzetta dello Sport” nəşri məlumat yayıb.
23 yaşlı portuqaliyalı futbolçunun xidmətində “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl” maraqlıdır. Bildirilir ki, futbolçunun agenti Jorje Mendeş artıq müştərisini birbaşa “Nyukasl”a təklif edib.
Transfer razılaşmasına “Nyukasl”ın hücumçusu Nik Voltemade də daxil edilə bilər. Belə ki, Turin təmsilçisi də almaniyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır və bu istiqamətdə cəhdlərini davam etdirir.
Gələcəyi ətrafında yaranan müzakirələrə baxmayaraq, Konseysau sakitliyini qoruyur. Hətta portuqaliyalı hücumçu “Yuventus”da qalaraq Turin klubu ilə titullar uğrunda mübarizə aparmaq ehtimalına da işarə edib.
Konseysau 2026/2027-ci illər mövsümündə keçirdiyi 10 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.




_1693395834.png)








