ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsi FIFA-nın uğursuzluqla nəticələnən “FIFA Forward Enterprise” (FFE) layihəsi ətrafında yaranmış qalmaqalla bağlı araşdırmanı genişləndirib.
Matc.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, noyabrın 25-də FIFA-nın hazırkı və keçmiş bir neçə yüksək vəzifəli əməkdaşına ifadə vermələri ilə bağlı müraciət göndərilib.
ABŞ Konqresindəki demokratlar qurumun prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarındakı payların özəl investorlara satılması planının təfərrüatlarını, eləcə də FIFA ilə ABŞ Prezidenti Donald Trampın administrasiyası arasındakı mümkün əlaqələri araşdırmaq niyyətindədirlər.
Könüllü ifadələrin alınmasına artıq gələn həftə başlanıla bilər. Gələn ilin yanvarında isə Ceymi Raskinin rəhbərlik edəcəyi gözlənilən komitə, o cümlədən İnfantinonun özünə rəsmi çağırış göndərə bilər.
Bununla yanaşı, FIFA yeni problemlə də üzləşib. Belə ki, qurum noyabrın 26-da kiberhücuma məruz qaldığını təsdiqləyib.
“Handsome Boy Hacking Club” adlı haker qrupu FIFA-nın İdarə Heyətinin üzvləri də daxil olmaqla, yüksək vəzifəli şəxslərin şəxsi və iş məlumatlarını ələ keçirdiyini iddia edib.
FIFA-nın baş katibi Mattias Qrafström məlumat sızması ilə bağlı İdarə Heyətinin üzvlərini məlumatlandırıb və hadisə ilə əlaqədar müvafiq tədbirlərin görüldüyünü bildirib.




_1693395834.png)








