"Qarabağ"ın istədiyi oyunçu ilə "Astana" da maraqlanır
"Qarabağ"ın transfer etmək istədiyi Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydınla daha bir komanda maraqlanır.Matc.az "Fotomac"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Qazaxıstan çempionu "Astana"nın maraq dairəsindədir.



























