Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər, idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, otuz altı ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub.
Oğlanlardan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. O, 3-cü yer uğrunda qarşılaşmada komanda yoldaşı Yaşar Nəcəfova qalib gəlib. 66 kiloqram çəki dərəcəsində yarışan Nurlan Osmanov da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçu bürünc uğrunda görüşdə Finlandiya təmsilçisi Saşa Lukası məğlub edib.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbəni şəhidlərə həsr etdiyini bildirib: "Azərbaycanın haqq davasında hər şey yaxşı olacaq. Qarabağ bizimdir və bizim olacaq
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.