"çox çətin oyun oldu. 90 dəqiqə diqqətli keçirdik". Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin müdafiəçisi Slavko Braliç deyib.

Xorvatiyalı futbolçu Topaz Premyer Liqasının IX turunda "Qarabağ"la qarşılaşmadan sonra klubun rəsmi saytına fikirlərini bölüşüb.

Braliç 3:1 hesabı ilə qalib gəldikləri görüşdə oynamaq şansı əldə etdiyi üçün baş məşqçiyə minnətdarlığını bildirib: "Ən çətini diqqəti oyuna cəmləmək idi. çünki rəqibin güclü heyəti var. Bu gün göstərdik ki, yaxşı oynayıb, nəticə qazana bilirik. Mənə gəlincə, mövsümün əvvəlində əsas heyətdə mütəmadi olaraq oynamırdım. Amma artıq baş məşqçi bu mövqeni mənə də etibar edir. Bu etimada görə ona təşəkkür edirəm. çalışacağam ki, baş məşqçinin etimadını həmişə doğruldum".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest