İspaniyanın “Tenerife” klubunun hücumçusu Xesus de Migel 30 yaşında dünyasını dəyişib. Matc.az xəbər verir ki, futbolçu noyabrın 2-də İspaniya Sequndasında “Andorra” ilə keçirilən oyunun son dəqiqələrində rəqib komandanın qapıçısı Xesus Owononun diz zərbəsi nəticəsində ağır xəsarət alıb.

Hadisədən sonra qarşılaşma dayandırılıb, futbolçuya meydanda tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, De Migelin həyatını xilas etmək mümkün olmayıb. O, noyabrın 3-də vəfat edib.

Hadisədən sonra İspaniya futbol ictimaiyyəti böyük kədər yaşayıb. “Barselona”, “Real Madrid” və digər klublar futbolçunun vəfatı ilə bağlı başsağlığı veriblər.

La Liqa, İspaniya Kral Futbol Federasiyası və qadın futbolu qurumları noyabrın 6-dan 9-dək keçirilən oyunlarda De Migelin xatirəsinin yad edilməsi ilə bağlı xüsusi mərasimlər təşkil ediblər.

Qeyd edək ki, Xesus de Migel 2025-ci ildə “Tenerife”yə keçmişdi. O, klubun ötən mövsüm Segunda Divizionuna yüksəlməsində mühüm rol oynayıb və 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest