09 Noyabr 2026, 16:32
FUTBOL
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen sol dizindən əməliyyat olunub. Matc.az xəbər verir ki, nigeriyalı futbolçu Çempionlar Liqasının IV turunda “Ştutqart”la (2:0) matçda zədələnib. Noyabrın 7-də İstanbulda artroskopik əməliyyat keçirən hücumçunun təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bu səbəbdən Osimhen Nigeriya millisinin noyabrda keçirəcəyi oyunları buraxacaq. Onun noyabrın 24-də “Aston Villa” ilə Çempionlar Liqası matçında meydana qayıtması ehtimal olunur.
Qeyd edək ki, 27 yaşlı hücumçu cari mövsüm “Qalatasaray”ın heyətində 11 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə verib.













