"çox ciddi hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Bura qələbə qazanmaq üçün gəlmişik. Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm". Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov Rusiyada "Arsenal"a qarşı keçirəcəkləri Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, "Arsenal" və "Neftçi"nin legionerlərinin səviyyəsi arasında ciddi fərq yoxdu: 
 
"Əlbəttə, Rusiyadakı top-klublarda daha yaxşı əcnəbilər var. Ancaq ikinci "8-lik"dəkilərlə Azərbaycan Premyer Liqasında çıxış edənlər eyni səviyyədədilər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Həmçinin başqa oyunçular, elə də köməkçi məşqçi ilə tanışam. Görüşəndə onlarla danışacağam. Münasibət saxlayıram".
 
Sabah "Arsenal" mərkəzi stadionunda baş tutacaq matça Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest