"Rusiya Premyer Liqasının ilk iki turundakı oyun "Arsenal"ın Avropa Liqasına hazır olduğunu və uğurlu debüt edəcəyini göstərdi. Yay fasiləsində komandanı 3 önəmli hücum oyunçusu tərk etdi. Buna baxmayaraq, Tula təmsilçisi az qol vurmur".

"Rusiya Premyer Liqasının ilk iki turundakı oyun "Arsenal"ın Avropa Liqasına hazır olduğunu və uğurlu debüt edəcəyini göstərdi". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın sabiq baş məşqçisi Sergey Kiryakov deyib.

49 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Arsenal" - "Neftçi" oyununu dəyərləndirib.

Kiryakov keçmiş komandasının mərhələ adlayacağını düşünür: "Yay fasiləsində komandanı 3 önəmli hücum oyunçusu tərk etdi. Buna baxmayaraq, Tula təmsilçisi az qol vurmur və bu amil optimist olmağa şərait yaradır. "Arsenal"ın "Neftçi" önündə problem yaşayacağını düşünmürəm. Stadionda çox adam olacaq. ümid edirəm ki, "Arsenal" azarkeşlərini sevindirəcək".

Qeyd edək ki, bu gün keçiriləcək oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest