"Arsenal" sıx qrafikdən uğurla çıxmalıdı". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın keçmiş baş məşqçisi Sergey Kiryakov deyib.

Rusiya millisinin sabiq hücumçusu yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Arsenal" - "Neftçi" oyunu barədə fikirlərini bölüşüb. 49 yaşlı mütəxəssis Tula klubunun geridönüş edəcəyinə inanır: "Hər iki cəbhədə mübarizə aparmağa komandanın gücü çatmalıdı. Məşqçilər korpusunun əsas işi isə komandanı düzgün bərpa etməkdi. ümid edirəm ki, bütün bunlar onlarda alınacaq və uğur qazanacaqlar. Bunları bacarsalar, həm çempionatda, həm də avrokuboklarda uğurlu nərticələr əldə edəcəklər".

Qeyd edək ki, "Neftçi" ilk görüşdə səfər qələbəsinə (1:0) sevinib. Komandalar arasında cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest