İngiltərə yığmasının sabiq hücumçusu Darren Bent karyerasını başa vurub. Matc.az xəbər verir ki, bunu 35 yaşlı forvard özü açıqlayıb.

"İpsviç Taun"un yetirməsi olan Bent karyerası ərzində yalnız İngiltərədə çıxış edib. O, "çarlton Atletik", "Tottenhem", "Sanderlend", "Aston Villa", "Fulhem", "Brayton", "Derbi Kaunti" və "Barton" klublarında forma geyinib.

 İngiltərə yığmasında 13 oyuna çıxan hücumçu 4 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest