Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ilk yarış gününə yekun vurulub. Matc.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
 
Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 49 kq-a qədər olan atlelər çıxıblar. Toplam 163 kq (70+93) nəticə ilə Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Sonrakı yerləri müvafiq olaraq toplam 153 kq (63+90) nəticə ilə Kənan Rəhimov və toplam 146 kq (63+83) nəticə ilə Ravin Alməmmədov tutublar.
 
55 kq-a qədər olan atletlər mübarizəsi maraqlı alınıb. Toplam 166 kq (72+94) nəticə ilə Elgün Mürşüdov qızıl medala layiq görülüb. Gümüş medal toplam 165 kq (77+88) nəticə ilə Heydər Yusifov, bürünc isə toplam 153 kq (70+83) nəticə ilə Ravil Nəbiyevə qismət olub.
 
Son olaraq çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulub. Toplam 216 kq (95+121) nəticə ilə Elşən Məmmədov çempionluğa yiyələnib. Gümüş medala toplam 200 kq (90+110) nəticə ilə Sənan Sahibov, bürüncə isə toplam 175 kq (80+95) nəticə ilə Ədalət Məmmədli sahib çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest