"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Mançester Yunayted"lə keçiriləcək tarixi qarşılaşma öncəsi hazırlıqlarını yekunlaşdırıb.
"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Mançester Yunayted"lə keçiriləcək tarixi qarşılaşma öncəsi hazırlıqlarını yekunlaşdırıb.
Matc.az xəbər verir ki, təmsilçimizin oyunöncəsi son məşq prosesi oyunun baş tutacağı əfsanəvi "Old Trafford" stadionunda reallaşıb.
Baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında keçirilən hazırlıq qarşılaşmanın son taktiki planlarının qurulmasına həsr olunub.
Xatırladaq ki, bu gün, sentyabrın 10-da "Old Trafford" stadionunda baş tutacaq "Mançester Yunayted" – "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.













