İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub “Fulhem”in 16 yaşlı futbolçusu Harve Elliotu heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi sattı məlumat yayıb. Amma müqavilənin detalları haqda əlavə məlumat verilməyib.
 
Premyer Liqanın ən gənc futbolçusu olan Elliot, debüt matçını may ayında, 16 yaş 30 günlüyündə “Vulverhempton”a qarşı keçirib.
 
Elliot İngiltərənin 17 yaşadək futbolçulardan ibarət millisinin də üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest