"Fənərbaxça" FIFA tərəfindən kluba 3 "transfer pəncərəsi" müddətinə qoyulan transfer qadağası barədə yayılan məlumatlara münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi bəyanat yayıb.

"Mətbuatda klubumuza qarşı FIFA-nın transfer qadağası ilə bağlı yayılan xəbərlərə cavab olaraq, azarkeşlərimizi və ictimaiyyəti məlumatlandırmaq istərdik.

Klubumuza qoyulan 3 illik transfer qadağası müvəqqəti xarakter daşıyır və 2024/2025 mövsümündə komandamıza qoşulan Yusif En-Nesirinin transfer dəyəri ilə bağlıdır.

Oyunçunun transferinin ödənişi ilə bağlı 30 aprel 2026-cı il tarixli transfer taksitinin ödənilməməsi səbəbindən müvafiq klub FIFA-da araşdırma başladıb. Rəhbərliyimiz fəaliyyətə başladıqdan sonra gecikmiş ödəniş həyata keçirilib. Müvafiq klubun FIFA-da qaldırdığı işdə növbəti taksitinin də ödənilməsi tələb olunurdu, biz FIFA-nın ödənişlə bağlı qərarını gözləyirdik.

Klubumuz FIFA-nın qərarına uyğun olaraq ödənişi ilk iş günündə (bazar ertəsi) həyata keçirəcək və FIFA ilə bürokratik prosedurlar başa çatdıqdan sonra transfer qadağası aradan qaldırılacaq.

Bundan əlavə, keçmiş dövrlərə aid bütün maliyyə hesabatları və öhdəliklər sabah (27 sentyabr 2026-cı il) keçiriləcək növbəti Baş Assambleyamızda Konqres üzvlərimizə və ictimaiyyətə şəffaf şəkildə təqdim olunacaq", - deyə klub bəyanatın bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest