İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin 1-ci turunun matçında belçikalılara 0:2 hesabı ilə məğlub olduqları barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Görüşün ilk hissəsində üstünlük Belçikanın tərəfində idi, fasilədən sonra isə komandamız artırdı. Biz qol vurmaq üçün şanslar yaratdıq, lakin rəqib bizi sürətli hücumla cəzalandırdı. İmkanlarımızdan aşağı çıxış etdiyimizi düşünmürəm.
İkinci 45 dəqiqədə rəqibi ciddi şəkildə qapısına sıxışdırdıq, lakin onlar fərdi ustalıq və konsentrasiyanı itirdiyimiz zaman buraxdığımız səhv hesabına fərqləndilər", deyə Mançini məğlubiyyəti şərh edib.
Qrup mərhələsinin 2-ci turunda İtaliya sentyabrın 28-də Türkiyə ilə qarşılaşacaq, Belçika isə elə həmin gün Fransa ilə üz-üzə gələcək.



_1790397700.jpg)









