Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Dortmund "Borussiya"sından Sebastyan Rodeni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
Almaniya mətbuatının yazdığına görə, bu transfer Frankfurt təmsilçisinə 4 milyon avroya başa gəlib.
 
Peşəkar karyerasına "Kikkers Offenbax" klubunda başlayan Rode, 2010-cu ildə məhz bu klubdan "Ayntraxt"a transfer olunsa da, 4 il sonra "Bavariya"ya üz tutmuşdu. 2016-cı ildən isə o, "Borussiya"nın uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest