Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, iclasda I diviziondakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Ən diqqətçəkən cəzalardan biri VIII turun "Qaradağ Lökbatan" – "Şüvəlan" görüşü ilə bağlı olub. Qarşılaşmanın 57-ci dəqiqəsində "Qaradağ Lökbatan"ın baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasını təhqir etdiyindən 5 oyunluq texniki zonadan kənarlaşdırılıb, klub 400 manat cərimə olunub.

Həmçinin "Sabah-2" – "Zirə-2" oyunu başa çatdıqdan sonra ikincilərin futbolçusu Hüseyn Əhmədov hakimi təhqir edib. İK ona 4 oyunluq diskvalifikasiya cəzası, kluba isə 320 manat cərimə kəsib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest