“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, “kimyaçılar” son klubu İran “Persepolis”i olan Mehdi Şərifini transfer edə bilər. 
 
Bu barədə “persianfootball.com” saytı məlumat yayıb. Xəbərdə, 26 yaşlı yarımmüdafiəçinin “Sumqayıt”ın düşərgəsində olduğu bildirilir.
 
2018-ci ilin iyulundan “Persepolis”də çıxış edən Şərifi, bir müddət əvvəl klubu ilə yollarını ayırıb. Hazırda azad agent olan iranlı futbolçunun “transfermarkt”-da dəyəri 400 min avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest