19 Sentyabr 2026, 11:48
FUTBOL
"Kəpəz" milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranacaq fasilədə iki yoxlama matçı keçirəcək.
"Kəpəz" milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranacaq fasilədə iki yoxlama matçı keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oktyabrın 2-si saat 12:00-da "Kəpəz" – Azərbaycan U-19 yığması, saat 17:00-da isə "Kəpəz" – "Gəncəbasar" qarşılaşmaları baş tutacaq.
"Sarı-göylər"in məşqçi korpusu eyni gündə bütün futbolçuların oyununu izləmək üçün heyəti iki hissəyə ayıracaq.
Hər iki matç Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq.













